"Barselona" transfer çalışmalarına start verib. Fanat.az xəbər verir ki, Kataloniya klubu Mariano ilə anlaşıb.
Avropa mediasının məlumatına görə, "Barselona" "Sevilya"dan transfer etdiyi futbolçu üçün pul ödəməyib. Kataloniyalılar Marianonun əvəzinə "Sevilya"ya Duqlası verib. Transferin yaxın günlərdə açıqlanması gözlənilir.
Qeyd edək ki, tam adı Mariano Ferreyra Filyo olan futbolçu 2015-ci ildə "Bordo"dan "Sevilya"ya 3,5 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 7 milyon avro qiymət qoyub. 29 yaşlı braziliyalı müdafiəçi başa çatan mövsümdə 37 rəsmi oyuna çıxıb və 1 qol vurub.
Fanat.az