“Malaqa” prezidenti Abdullah Əl Tani Kataloniya mətbuatında haqqında yayılan oyun alqı-satqısı ilə bağlı iddialara cavab verib.
Fanat.Az xəbər verir ki, "Real"ın çempionluğu elan etməsindən sonra "Malaqa"nın son turdakı oyunu Madrid klubuna satması ilə bağlı "Barselona"ya yaxın mətbuat orqanlarında xəbərlər dərc olunur.
“Malaqa” prezidenti açıqlamasında bunları deyib: "Əgər təhdidlərə 24 saat içində son qoyulmasa, FIFA-ya müraciət edəcəm və bir qrupun gəlib matçları analiz etməsini istəyəcəm. Biz oyun satmırıq. Bunun ən böyük sübutu "Real"ı yenməyimiz üçün "Barselona"nın təklif etdiyi puldan imtina etməyimizdi".
Fanat.Az