"Barselona" Bernardo Silva üçün hərəkətə keçdi

"Barselona" Bernardo Silva üçün hərəkətə keçdi

Kataloniya təmsilçisi yay transfer pəncərəsi üçün heyətini gücləndirmək məqsədilə böyük addım atmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, İspaniya mətbuatının yaydığı məlumata görə, "Barselona"nın yay planlarında əsas hədəf Bernardo Silvadır.

Portuqaliyalı yarımmüdafiəçinin artıq "Mançester Siti"dən ayrılmaq barədə qəti qərar verdiyi bildirilir. Təcrübəli futbolçunun La Liqada yeni bir səhifə açmaq istəyi bu transferin reallaşma ehtimalını artırır.

29 yaşlı Silva cari mövsümdə "şəhərlilər"in heyətində mühüm rol oynasa da, karyerasını İspaniyada davam etdirməyə üstünlük verir. Klub rəhbərliyi baş məşqçinin istəyi ilə danışıqlar prosesini sürətləndirməyi planlaşdırır.

Bernardo Silvanın texniki bacarığı və oyun intellekti "Barselona"nın orta xətti üçün ideal əlavə hesab olunur. Transferin maliyyə detalları ilə bağlı müzakirələrin yaxın aylarda yekunlaşması gözlənilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər