"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

"Barselona" yeni qapıçı transfer etmək istəyindədir.

Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, kataloniyalılar müəyyən müzakirələrdən sonra "Espanyol"un qolkiperi Xuan Qarsiyanın üzərində dayanıblar.

"Barsa" hələ 24 yaşlı "çərçivə" qoruyucusunun klubuna rəsmi təklif göndərməsə də, yayda keçidin reallaşmaq ehtimalı yüksəkdir.

"Barselona" axtardığı qapıçını İspaniyada tapdıCari mövsüm 35 matçda meydana çıxan Xuan 44 qol buraxıb. O, 7 oyunda qapısını toxunulmaz saxlayıb. Sözügedən futbolçunun "Espanyol"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Qarsiyanın transfer qiymətini 20 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər