"Barselona" Arda Turanı satacağı məbləği açıqladı

"Barselona" Arda Turanı satacağı məbləği açıqladı

"Barselona" Arda Turanın satış qiymətini müəyyənləşdirib. Fanat.Az xəbər verir ki, Kataloniya klubu türk futbolçusuna 41 milyon avro qiymət qoyub.

Xəbərdə bildirilir ki, Arda Turanı "Arsenal" istəyir. Türk futbolçunun artıq İngiltərəyə getmək üçün viza aldığı da bildirilir.

Arda Turanın xidmətində həmçinin "İnter"in də maraqlı olduğu bildirilir. Dünən isə "Barselona"ya yaxınlığı ilə tanınan "El Mundo Deportivo" onun "Qalatasaray"a dönəcəyini yazmışdı.

Qeyd edək ki, "Barselona" Arda Turanı "Atletiko"dan bonuslar daxil 41 milyon avroya almışdı.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər