"Barselona" heyətinə yeni hücumçu qatıb. Fanat.Az xəbər verir ki, Kataloniya klubu öz yetirməsini transfer edib.
Belə ki, "Barselona" 6 milyon avroya "Everton"a satdığı Cerard Deulofeunu heyətinə qaytarıb. 23 yaşlı futbolçu üçün ödənilən transfer haqqı rəsmən açıqlanmayıb. Yerli mətbuat "Barselona"nın İngiltərə klubuna 12 milyon avro öədədiyini iddia edib.
Qeyd edək ki, Cerard Deulofeu "Barselona"nın yetirməsidi. 2003-cü ildən bu klubda futbolun sirrlərini öyrənən hücumçu bir müddət "Everton" və "Sevilya"ya icarəyə verilib. 2015-ci ildə 6 milyona İngiltərə klubuna transfer olunan Cerard ötən mövsümün ikinci yarısını icarə əsasında "Milan"da keçirib. O, 2016/17 mövsümündə "Everton" və "Milan"ın heyətində ümumilikdə 31 rəsmi oyuna çıxaraq 4 qol vurub.
Fanat.Az