"Barselona" 500 minlik futbolçunu 50 milyona alır

"Barselona" 500 minlik futbolçunu 50 milyona alır

"Barselona" transferin son günündə heyətinə daha bir futbolçu qata bilər. Fanat.Az xəbər verir ki, bu barədə İspaniyanın AS qəzeti məlumat yayıb.

Qəzet iddia edir ki, "Barselona" "Lester"in ulduzu Riyad Mahrezlə danışıqlar aparır. Bildirilir ki, İngiltərə klubu Əlcəzair əsilli 50 milyon avro tələb edir. Kataloniyalıların bu məbləği ödəyəcəyi bildirilir.

Qeyd edək ki, "Lester" Riyad Mahrezi 2014-cü ildə "Le Havre"dən 500 min avroya transfer edib. Hazırda "Transfermarkt" ona 30 milyon avro qiymət qoyub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər