Neymarı 222 milyon avroya satan, Osman Dembeleni 105 milyon avroya (+45 milyon avro bonus) alan "Barselona" daha bir fantastik transferə hazırlaşır. Fanat.Az "Don Balon"a istinadən xəbər verir ki, Kataloniya klubu Markus Reşforda elçi düşüb.
"Mançester Yunayted"in gənc ulduzu bir çox klubun hədəfindədi. Lakin "Barselona" 200 milyon avro ödəməklə onu İngiltərə nəhənginin əlindən almaq istəyir.
Qeyd edək ki, Markus Reşford "Mançester Yunayted"in yetirməsidi. Hazırda "Transfermarkt" 19 yaşlı hücumçuya 18 milyon avro qiymət qoyub.
Fanat.Az