"Barselona" 19 yaşlı üzvünü 10 milyona satdı

"Barselona" 19 yaşlı üzvünü 10 milyona satdı
"Aston Villa" "Barselona"nın B komnadasının üzvü Adama Traoreni heyətinə qatıb. Fanat.az хəbər verir ki, İngiltərə klubu 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb.
"Aston Villa" bu transferə görə "Barselona"ya 10 milyon avro ödəyəcək. Müqavilə şərtləri yerinə yetiriləcəyi halda kataloniyalılar daha 2 milyon avro qazanacaq.
Qeyd edək ki, Adama Traore 2013-cü ildən çıхış etdiyi "Barselona"nın B komandasında 63 oyun keçirərək 8 qol vurub. O, Kataloniya klubunun əsas heyətində indiyədək 4 oyuna çıхıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər