"Barsa" 500 min avroya transfer edilən futbolçunu istəyir

"Barsa" 500 min avroya transfer edilən futbolçunu istəyir

"Barselona"nın yayda heyətinə qatmaq istədiyi futbolçulardan birinin kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Luis Enrike "Leyçester"in ulduzu Riyad Mahrezi komandasında görmək istəyir.

Riyad Mahrez 2014-cü ildə Fransanın "Le Havre" klubundan "Leyçester"ə 500 min avroya transfer olunub. Cari mövsümdə Premyer Liqada 28 oyuna çıxan 25 yaşlı əlcəzairli futbolçu 15 qol vurub və bombardirlər yarışında 5-ci pillədə qərarlaşıb. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər