"Gənclərbirliyi"nin prezidenti İlhan Cavcav "Fənərbaxça"nın prezidenti Aziz Yıldırımla bağlı ilginc açıqlamalar verib. Fanat.az xəbər verir ki, o, Türkiyə futbolundakı legioner limitinin dəyişməməsinə görə həmkarını ittiham edib.
Cavcav Yıldırımı "türk futbolunun bəlası" adlandırıb: "TFF prezidenti Yıldırım Dəmirörənlə Klublar Birliyinin prezidenti olduğum ıvaxt görüşdüm. Mənə "bütün klublar müraciət etsin, sonra danışaq edid. Biz 17 klubun imzası ilə müraciət hazırladıq. Yalnız "Fənərbaxça"nın prezidenti olacaq Aziz Yıldırım bəyəfəndi "mən imzalamıram, belə bir şeyi qəbul etmirəm" dedi. Halbuki, bu qərardan ən çox əziyyət çəkən klub "Fənərbaxça"dı. Bu düşmənçiliyin səbəbini bilmirəm və onun hərəkətini qəbul etmirəm. Mənə görə, Aziz Yıldırım türk futbolunun başındakı ən böyük bəladı. Komandalar arasında rəqabət olmasa, stadiona azarkeş gəlməz. Amma nədənsə Aziz Yıldırım yalnız "Qalatasaray"a qarşı inadkarlıq edir. "Qalatasaray"ı hədəfə almaqla türk futboluna ziyan vurur".
Fanat.az