"Barselona" "Ayaks"ın gənc müdafiəçisi Davinson Sançesə elçi düşüb. Fanat.Az xəbər verir ki, 20 yaşlı kolumbiyalı stoperin bu yay Kataloniya klubuna keçmək ehtimalı yüksəkdi.
Davinson özü də "Barselona"da oynamaq istəyir. O, bu barədə "Cadena SER"ə açıqlamasında bildirib: "Təbii ki, "Barselona"da oynamaq istəyirəm. Adamın bu klubla yanaşı çəkilməsi böyük qürurdu. Kim "Barselona" kimi bir klubda oynamaq istəməz ki?"
Qeyd edək ki, Davinson 2016-cı ildə Kolumbiyanın "Atletiko Nasional" klubundan "Ayaks"a 5 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 7,5 milyon avro qiymət qoyub. O, 2016/17 mövsümündə 45 rəsmi oyuna çıxaraq 6 qol vurub.
Fanat.Az