İspaniya Super Kuboku uğrunda ilk oyun keçirilib. Fanat.az хəbər verir ki, La Liqanın və "Kral Kuboku"nun son qalibi "Barselona" kubokun finalında 3:1 hesabı ilə yendiyi "Atletik"in qonağı olub.
Bilbaoda baş tutan görüşdə meydan sahibləri "Barselona"ya divan tutub - 4:0. Aritz Aduriz het-trik edib, Mikel San Joze bir qol vurub.
Qeyd edək ki, "Barselona" indiyədək 11, "Atletik" 1 dəfə Super Kubokun qalibi olub. Komandalar arasında cavab matçı avqustun 17-də "Nou Kamp" stadionunda baş tutacaq.
Fanat.az