"Atletiko"nun heyətinə qatmaq istədiyi iki futbolçunun kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Dieqo Simeone gələn mövsüm Aleksandr Lakazette və Dieqo Kostanı komandasında görmək istəyir.
Qeyd edək ki, Aleksandr Lakazette Lion "Olimpik"inin yetirməsidi və 2010-cu ildən bu klubun əsas heyətində çıxış edir. 24 yaşlı forvard Fransa yığmasında keçirdiyi 10 oyunda 1 qol vurub.
Dieqo Kosta artıq iki dəfə "Atletiko"da çıxış edib. Madrid klubu 2007-ci ildə onu "Braqa"dan 1,5 milyon avroya alıb. Bir müddət bu komandada çıxış edən, həmçinin "Braqa", "Selta" və "Albasete"yə icarəyə verilən 27 yaşlı forvardı 2009-cu ildə "Valyadolid"ə satan "Atletiko" bir il sonra onu 1 milyon avroya geri alıb. İspaniya yığmasında çıxış edən braziliyalı futbolçu 2014-cü ildə 38 milyon avroya "Çelsi"yə satılıb.
Fanat.az