"Atletiko"nun forvardı İngiltərə nəhənginə keçir

"Atletiko"nun forvardı İngiltərə nəhənginə keçir

"Atletiko Madrid"in hücumçusu Samu Omorodion karyerasını İngiltərə nəhəngində davam etdirəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, tərəflər 20 yaşlı forvardın keçidi ilə bağlı razılığa gəliblər. Mənbə "zadəganlar"ın İspaniya klubuna 41 milyon avro ödəyəcəyini və Omorodionun müddəti 2031-ci ilə qədər nəzərdə tutulan müqaviləyə imza atacağını vurğulayıb.

Qeyd edək ki, ötən mövsüm"Alaves"in formasının geyinən Samu 35 matça çıxaraq 9 qola imza atıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər