Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeonenin İngiltərə Premyer Liqasına üz tutacağı ilə bağlı xəbərlər yayılmaqdadı. Fanat.az saytının məlumatına görə, onun adı "Çelsi" və "Mançeter Yunayted"lə yanaşı hallanır.
Ancaq məsələ ilə bağlı açıqlama verən Madrid təmsilçisinin prezidenti Enrike Serezo argentinalı məşqçi ilə çalışmağa davam etmək istədiklərini bildirib: "Simeone "Atletiko"da xoşbəxtdi. Mən onun uzun müddət bizimlə birgə olacağını düşünürəm".
Qeyd edək ki, 45 yaşlı mütəxəssis "Atletiko"nu 2011-ci ildən çalışdırır.
Fanat.az