İspaniya Superkubokunun ilk oyunu keçirilib. Fanat.az xəbər ki, son çempion "Real" "Kral Kuboku"nun qalibi "Atletiko"nu qəbul edib.
Oyun 1:1 hesabı ilə başa çatıb. Hesabı 81-ci dəqiqədə "Real"ın yeni transferi, dünya çempionatının ulduzu Ceyms Rodriges açıb. 88-ci dəqiqədə isə Raul Qarsiya bərabərliyi təmin edib. Cavab oyunu avqustun 22-də keçiriləcək.
Qeyd edək ki, "Real" və "Atletiko" 2013/14 mövsümündə Çempionlar Liqasının finalında qarşılaşıb. Həmin oyunda "Kral Klubu" 4:1 hesablı qələbə qazanıb. "Real" avqustun 12-də "Atletiko"nu UEFA Superkubokunda da yenib - 2:0.
Fanat.az