"Atletiko"dan 25 milyonluq transfer

"Atletiko"dan 25 milyonluq transfer

Çempionlar Liqasının finalında "Real"a uduzan "Sevilya" transfer çalışmalarına start verib. Fanat.az xəbər verir ki, Madrid klubunun transfer siyahısında ilk pilləni Lorenzo İnsigne tutur.

Baş məşqçi Dieqo Simeonenin israrla istədiyi italyan futbolçu üçün madridlilərin ilk təklifini "Napoli" qəbul etməyib. "Atletiko" bu transfer üçün 30 milyon avro təklif edib, qarşı tərəf isə bu məbləğlə razılaşmayıb. 

Qeyd edək ki, "Transfermarkt" Lorenzo İnsigneyə 25 milyon avro qiymət qoyub. 25 yaşlı futbolçu başa çatan mövsümdə 42 rəsmi oyuna çıxıb və 13 qol vurub.

"Napoli"dən rədd cavabı alan "Atletiko" digər variantlara keçib. İddialara görə, Madrid klubu artıq Nikolas Qaytanın transferi üçün "Benfika" ilə danışıqlara başlayıb. Tərəflərin transferi 25 milyon avroya razılaşdırdığı deyilir.

Qeyd edək ki, "Benfika" argentinalı yarımmüdafiəçini 2010-cu ildə "Boka Xuniros"dan 8,4 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 30 milyon avro qiymət qoyub. Cari mövsümdə 37 rəsmi oyuna çıxan Qaytan 11 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər