"Atletiko"da "yarpaq tökümü" davam edir

"Atletiko"da "yarpaq tökümü" davam edir

Ötən il La Liqanın qalibi olan və Çempionlar Liqasında final oynayan "Atletiko"da "yarpaq tökümü" davam edir. Fanat.az xəbər verir ki, daha bir futbolçu Madrid klubunu tərk etmək istədiyini açıqlayıb.

Belə ki, Kristian Rodriges "Atletiko"dan ayrılmaq niyyətindədi. Bu barədə futbolçu özü açıqlama verib: "Hər bir futbolçu daha çox oynamaq istəyir. Mən də meydanada daha uzun müddət ola biləcəyim və mənə güvənən bir komandaya getmək istəyirəm. Bu addımı getmək istədiyimdən yox, məcburiyyətdən atıram".

Qeyd edək ki, ötən mövsüm baş məşqçi Dieqo Simeone, uruqvaylı futbolçuya cəmi 20 oyunda şans verib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər