İspaniya "Kral Kuboku"nda yarımfinal mərhələsinə start verilib. Fanat.az xəbər verir ki, ilk oyunda "Real" "Atletiko"nu qəbul edib.
Oyun Madrid təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Atletiko" özt qapısına iki qol vurub. Belə ki, 17-ci dəqiqədə Emiliano İnsua, 73-cü dəqiqədə Miranda öz qapısına qol vurub. "Real"ın digər qoluna isə 57-ci dəqiqədə Jeze Rodriges imza atıb.
Bu komandalar arasında cavab matçı fevralın 11-də baş tutacaq.
Fanat.az