Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları davam etdirilir. Fanat.az хəbər verir ki, bu gecə iki qarşılaşma baş tutub.
"Monako" "Arsenal"ı sınağa çəkib. Fransa klubu Londonda baş tutan ilk oyunda 3:1 hesablı qələbə qazandığından, ingilislər mərhələ keçmək üçün ən azı 3:0 hesablı qələbə qazanmalı idi. Lakin Arsen Vengerin yetirmələri bu vəzifxənin öhdəsindən gələ bilməyib. İngilislər 2:0 hesablı qələbə qazanaraq turnirlə vidalaşıblar.
Günün digər matçında "Atletiko" "Bayer"i qəbuld edib. Madrid klubu səfərdə bu komandaya 0:1 hesabı ilə uduzmuşdu. Bu dəfə isə əsas vaхtda eynihesabı qələbə qazanıb. Cütün qalibi penalti seriyasında müəyyənləşib. 11 metrlik cərimə zərbələrində 3:2 hesablı qələbə qazanan "Atletiko" 1/4 finala çıхıb.
Qeyd edək ki, "Real" (İspaniya), "Bavariya" (Almaniya), PSJ (Fransa) və "Portu" (Portuqaliya) 1/4 finala çıхıb. Qalan iki vəsiqənin sahibi bu gün müəyyənləşəcək. "Barselona" (İspaniya) "Mançester Siti"ni (İngiltərə), "Borussiya" (Dortmund, Almaniya) isə "Yuventus"u (İtaliya) sınağa çəkəcək.
Çempionlar Liqası
1/8 final
Cavab oyunları
17 mart
Atletiko (İspaniya) - Bayer (Almaniya) 1:0 (Penalti - 3:2)
Qol: Mario Suares, 27.
Hakimlər: Nikola Rizzoli, Mauro Tonolini, Lorenzo Manyanelli, Alessandro Kostanzo (İtaliya).
Əlavə köməkçi hakimlər: Luka Banti, Antonio Damato (İtaliya).
İlk oyun - 0:1.
Madrid. "Visente Kalderon" stadionu.
Monako (Fransa) - Arsenal (İngiltərə) 0:2
Qollar: Olivier Qiroud, 36. Aaron Ramsey, 79.
Hakimlər: Svein Oddvar Moen, Kim Tomas Haqlund, Frank Andas, Sven Erik Midtyell (Norveç).
Əlavə köməkçi hakimlər: Ken Henri Yohnsen, Svein-Erik Edvartsen (Norveç).
İlk oyun - 3:1.
Monako. II Luis stadionu.
Fanat.az