Avqustun 6-da İstanbulda oynanılması nəzərdə tutulan "Qalatasaray" - "Atletiko" qarşılaşması baş tutmayacaq.
Fanat.az xəbər verir ki, Madrid klubu Türkiyəyə gəlməkdən imtina edib. Bu yoxlama qarşılaşmasının keçirilməsi üçün tərəflər xeyli əvvəlcədən razılığa gəlsələr də, ispanlar son anda fikirlərini dəyişiblər.
Belə ki, Türkiyədə baş verən son hadisələr "Atletiko" rəhbərliyini düşünməyə vadar edib. Türkiyə və "Qalatasaray" rəhbərliyi qonaqların təhlükəsizliyinə ən yüksək səviyyədə təminat versələr də, bu təminat belə onları imtina qərarından döndərə bilməyib.
Hadisələrin bu cer gedişatı "Qalatasaray" rəhbərliyi avqustun 6-da yoxlama görüşü keçirmək üçün yeni rəqib axtarışına başlamağa vadar edib.
Fanat.az