"Atletiko" transfer bombasını partlatdı - FOTO

"Atletiko" transfer bombasını partlatdı - FOTO

"Atletiko" növbəti transferini reallaşdırıb. Fanat.az xəbər verir ki, Madrid klubu Kevin Qameyronu heyətinə qatıb.

Bu barədə klub rəsmi açıqlama yayıb. "Atletiko" "Sevilya"nın fransız qolçusu ilə 4 illik müqavilə imzalayıb. Klub transferin dəyərini açıqlamasa da, madridlilərin "Sevilya"ya 32 milyon avro ödədiyi bildirilir. Həmçinin anlaşmanın tərkib hissəsi olaraq "Atletiko" Lusiano Viettonu satın almaq şərti ilə bir illik qarşı tərəfə icarəyə verib.

Qeyd edək ki, "Sevilya" Kevin Qameyronu 2013-cü ildə PSJ-dən 7.5 milyon avroya transfer etmişdi. Hazırda "Transfermarkt" ona 20 milyon avro qiymət qoyub. O, "Sevilya"nın heyətində keçirdiyi 145 rəsmi matçda 67 qol vurub və 17 məhsuldar ötürmə edib.

"Atletiko" transfer bombasını partlatdı - FOTO

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər