"Atletiko" yayın ilk transferini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, bununla bağlı klub rəsmi açıqlama yayıb.
Açıqlamada bildirilir ki, "Benfika"dan Nikolas Qaytanın transferi həll edilib. Həmçinin qeyd olunur ki, hazırda Argentina millisi ilə ABŞ-da keçirilən Amerika Kubokunda iştirak edən futbolçu turnirdən sonra müqaviləni imzalayacaq.
Məlumata görə, "Atletiko" argentinalı futbolçunun transferinə 25 milyon avro xərcləyib.
Qeyd edək ki, "Benfika" Nikolas Qaytanı 2010-cu ildə "Boka Xuniros"dan 8,5 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 30 milyon avro qiymət qoyub. 28 yaşlı yarımmüdafiəçi indiyədək "Benfika"nın heyətində 252 oyun keçirib və 40 qol vurub.
Fanat.az