"Atletiko" - "Bavariya" oyununda ingilis idarəçiliyi

"Atletiko" - "Bavariya" oyununda ingilis idarəçiliyi
Çempionlar Liqasının "Atletiko" - "Bavariya" matçının hakim təyinatları açıqlanıb. Fanat.az xəbər verir ki, UEFA İspaniya və Almaniya klubları arasındakı matçı ingilis ədaləti təmsilçilərinə tapşırıb.
Matçı Mark Klattenburq idarə edəcək. Ona Simon Bek və Cak Kollin yardımçı olacaq. Dördüncü hakim funksiyasını Hari Beşvik yerinə yetirəcək. Antoni Taylor və Andre Marriner oyuna əlavə köməkçi hakimlər kimi təyinat alıb.
Qeyd edək ki, aprelin 26-da keçiriləcək "Atletiko" - "Bavariya" matçı Bakı vaxtı ilə saat 22.45-də başlayacaq. Bir gün əvvəl baş tutacaq "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) görüşünü Cüneyt Çakırın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər