"Atletiko" - "Barselona" matçı italyanlara tapşırıldı

"Atletiko" - "Barselona" matçı italyanlara tapşırıldı

Çempionlar Liqasının 1/4 mərhələsinin cavab qarşılaşmaları çərçivəsində baş tutacaq daha iki oyununa hakim təyinatları açıqlanıb. 

Fanat.az xəbər verir ki, aprelin 13-də keçiriləcək "Atletiko" - "Barselona" oyunu italyan, "Benfika" - "Bavariya" matçı holland hakimərə tapşırılıb.

Qeyd edək ki, aprelin 12-də keçiriləcək iki oyuna təyinatlar bundan əvvəl açıqlanıb. "Mançester Siti" - PSJ görüşünü ispan, "Real" - "Volfsburq" qarşılaşmasını macar hakimlər idarə edəcək.

13 aprel

22.45 Atletiko (İspaniya) - Barselona (İspaniya) 

Hakimlər: Nikola Rizzoli, Elenito Di Liberatore, Mauro Tonolini, Canluka Kariolato (İtaliya).

Əlavə köməkçi hakimlər: Luka Banti, Antonio Damato (İtaliya).

22.45 Benfika (Portuqaliya) - Bavariya (Almaniya)

Hakimlər: Byorn Kuypers, Sander van Roekel, Ervin Zeynstra, Mario Diks (Hollandiya).

Əlavə köməkçi hakimlər: Pol van Boekel, Riçard Liesveld (Hollandiya).

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər