"Atletiko" "Barsa"nı zirvəyə buraxmadı - VİDEO

"Atletiko" "Barsa"nı zirvəyə buraxmadı - VİDEO
İspaniya La Liqasında XXXI turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, lider "Atletiko" "Atletik"in qonağı olub.
Hesabı 5-ci dəqiqədə meydan sahiblərindən İker Munyain açıb. 22-ci dəqiqədə Dieqo Kosta bərabərliyi təmin edib. 55-ci dəqiqədə isə Koke "Atletiko"ya qələbə qazandıran qola imza atıb.
Bu qələbə sayəsində "Atletiko" bir neçə saat əvvəl "Barselona"ya verdiyi birinci pilləyə qayıdıb. Madrid klubunun aktivində 76, kataloniyalıların aktivində 75 xal var. Hazırda "Rayo Vallekano"nu qəbul edən "Real" isə 70 xalla üçüncü pillədə qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər