İspaniya La Liqasında VIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, turun son oyun günündə 4 qarşılaşma baş tutub.
"Atletiko" öz meydanında "Selta"nı sınağa çəkib. Madrid təmsilçisi qələbəni əldən verməyib - 2:1. Digər bir qarşılaşmada "Sevilya" doğma divarlar arasında "Almeriya"dan üstün olub - 2:1. "Betis" səfərdə "Xetafe"nin müqavimətini qıra bilməyib - 3:1. Turun sonuncu qarşılaşmasında "Valensiya" qonaq qismində çıxış edib və "Atletik"lə bir xala razılaşıb - 1:1.
"Atletiko" - "Selta Viqo" 2:1
Qollar: Dieqo Kosta, 43; 61 - Nolito, 71
"Sevilya" -"Almeriya" 2:1
Qollar: Qameiro, 6. Rodri, 20. Rakitiç, 90
"Qetafe" - "Betis" 3:1
Qollar: Leon, 16; 22. Kalunqa, 27 - Qomez, 51
"Atletik" - "Valensiya" 1:1
Qollar: Baneqa, 43. Riko, 75