"Atletiko"nun oyun satması barədə xəbər yayılıb. Fanat.az xəbər verir ki, hadisə 1990/91 mövsümündə baş verib.
Belə bir iddia ilə həmin vaxt komandada çıxış edən portuqaliyalı Paulo Futre çıxış edib. Veteran futbolçu Portuqaliyada yayımlanan "Rekord" qəzetinə müsahibəsində "Espanyol"a bilərəkdən uduzduqlarını deyib: "Oteldə matç saatını gözləyirdik. Prezident Jesus Gil yanıma gəlib "uşaqlara de ki, bu matçda özlərini yormasınlar, uduzsunlar" dedi. Biz də 1:3 hesabı ilə uduzduq. Sonra Jesus Gil mənə dedi ki, "Espanyol"un prezidenti Julio Pardo Padrosla anlaşıblar. Bu oyunu uduzacağımız halda, bir oyunçularını bizə pulsuz verəcəklər".
Qeyd edək ki, "Espanyol" bu qələbədən sonra La Liqadakı yerini qoruyub.
Fanat.az