"Atletiko" çempionluq yolunda ağır zərbə - VİDEO

"Atletiko" çempionluq yolunda ağır zərbə - VİDEO

"Atletiko" çempionluq yolunda ağır zərbə alıb. Fanat.az xəbər verir ki, Arda Turanın forma geyindiyi Madrid klubu sona iki tur qalmış məğlub olub.

Belə ki, "Atletiko" "Levante"nin qonağı olub. Meydan sahibləri 2:0 hesablı qələbə qazanıb.

"Atletiko" 36 oyundan sonra 88 xalla turnir cədvəlinə başçılıq edir. 85 xalı olan "Barselona" 2-ci pillədə qərarlaşıb. 82 xalla 3-cü yeri tutan "Real" bu gecə "Valensiya"nı qəbul edəcək. "Kral Klubu" rəqibləri ilə müqayisədə bir oyun az keçirib. Belə ki, "Real" mayın 8-də "Valyadolid"lə təxirə salınmış oyuna çıxacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər