"Atletiko" Arda Turanın transfer qiymətini müəyyənləşdirib. Fanat.az xəbər verir ki, Madrid klubu türk futbolçuya 41 milyon avro qiymət qoyub.
"Atletiko" Ardanı "Qalatasaray"dan 12 milyon avroya transfer etmişdi. Dünən futbolçunun müqaviləsini 2017-ci ilədək artıran klub anlaşmaya xüsusi maddə salıb. Həmin maddəyə əsasən Ardanı istəyən klub 41 milyon avro öədəməlidi. Bundan başqa türk ulduzun illik maaşı 3.7 milyon avroya qaldırılıb.