"Atletiko" 200 milyon avroluq təklifdən imtina etdi

"Atletiko" 200 milyon avroluq təklifdən imtina etdi
"Atletiko" bu yay 200 milyon avroluq tarsfer təkliflərindən imtina edib. Fanat.az хəbər verir ki, bu barədə "Marka" məlumat yayıb.
Madrid klubu bu yay Mario Suaresi "Fiorentina"ya, Arda Turanı "Barselona"ya, Joao Mirandanı "İnter"ə və Mario Mandzukiçi "Yuventus"a sataraq büdcəsini doldurub.
"Atletiko" gedən oyunçuların əvəzinə "Monako"dan Yannik Karraskonu, "Portu"dan Cekson Martinesi, "Vilyarreal"dan Lusiano Viettonu, "Fiorentina"dan isə Stefxn Saviçi heyətinə qatıb.
"Marka"nın məlumatına görə, bu yay "Atletiko" "Bavariya"dan Koke üçün 65, PSJ-dən Antoine Qriezmann üçün 60, "Mançester Siti"dən Dieqo Qodin üçün 40, "Mançester Yunayted"dən Jan Oblak üçün 35 milyon avro təklif alıb. Lakin klub rəhbərliyi Dieqo Simeonenin istəyinə əsasən bu təklifləri rədd edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər