"5-də 5" edən Flik "Barselona"nın tarixində 5-ci oldu

"5-də 5" edən Flik "Barselona"nın tarixində 5-ci oldu

"Barselona" alman mütəxəssis Hans-Diter Flikin rəhbərliyi altında İspaniya La Liqasının yeni mövsümünə möhtəşəm start verib.

Fanat.Az xəbər verir ki, kataloniyalılar ilk 5 turda "Atletik" (2:1), "Valyadolid" (7:0), "Valensiya" (2:1), "Rayo Valyekano" (2:1) və "Jirona"nı (4:1) məğlub edərək, "5-də 5" edib.

Ancaq bu nəticə mütləq rekord deyil. "Opta"-nın hesablamasına görə Flik "Barselona"nın tarixində ardıcıl beş qələbə ilə debüt edən beşinci məşqçidir.

Ondan əvvəl ingilis Terri Venables (1984), niderlandlı Lui van Qal (1997), ispanlar Tito Vilanova (2012) və Ernesto Valverde (2017), eləcə də argentinalı Xerardo Martino (2013) oxşar nəticə ilə yadda qalıblar.

“Barselona” növbəti oyununu sentyabrın 19-da UEFA Çempionlar Liqasında Fransanın “Monako” komandasına qarşı keçirəcək.   

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər