"Mançester Siti" "Lids"in yarımmüdafiəçisi Kelvin Fillipsin transferini həll etməyə çalışır.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, "şəhərlilər" bugünlərdə 26 yaşlı yarımmüdafiəçi üçün rəsmi təklif göndərəcək.
"Mançester Siti" tərəfi "Lids"in futbolçunu 45-50 milyon funta satmağa razılaşacağına inanır. İddiaya görə, "Lids" də Fillipsi satmağa hazırdır. Çünki onun müqaviləsinin müddəti 2024-cü ildə başa çatır.
Bu baş versə, baş məşqçi Pep Quardiola Fernandinyonun gedişindən sonra yarımmüdafiənin mərkəzindəki boşluğu doldura, Rodri ilə rəqabət yarada biləcək.
İngiltərə millisinin üzvü ötən mövsüm "Lids"in heyətində bütün turnirlərdə 23 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Mirağa