Qrizmannın yeni klubu müəyyənləşdi - 200 milyonluq transfer

Qrizmannın yeni klubu müəyyənləşdi - 200 milyonluq transfer

Avropada yay transfer bombası "partlayır". Fanat.Az xəbər verir ki, bu Antuan Qrizmannın "Atletiko"dan transferi olacaq.

"The Sun"un iddiasına görə, "Mançester Yunayted" fransız futbolçunun keçidini razılaşdırıb. İngilislər "Atletiko"ya 89 milyon funt-sterlinq (təxminən 105 milyon avro) ödəyəcək.

İddia olunur ki, bu keçid "Mançester Yunayted"ə transfer haqqı, bonuslar və maaşlarla birlikdə 170 milyon funt-sterlinqə (200 milyon avro) başa gələcək. Qrizmann İngiltərədə həftəlik 280 min funt-sterlinq (330 min avro) maaş alacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər