Qrizmannın yeni klubu açıqlandı - "Barselona" şokda

Qrizmannın yeni klubu açıqlandı - "Barselona" şokda
Mauro İkardi problemini həll edən "İnter" transfer bombasını partlatmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, İtaliya klubu "Atletiko"nun və Fransa millisinin ulduzu Antoine Qrizmannı heyətinə qatır. Bu barədə Milan təmsilçisinin sabiq futbolçusu Dieqo Forlan açıqlama verib.
ESPN-ə danışan veteran futbolçu "İnter" Mauro İkardini satacağı halda Antoine Qrizmannı alacaq. Bunu mənə klub rəhbərliyindən bəzi şəxslər söylədi" deyib.
Qeyd edək ki, Mauro İkardi yeni müqavilə təklifini qəbul etmədiyi üçün "İnter"in əsas heyətindən kənarlaşdırılmış və kapitanlıqdan məhrum edilmişdi. Daha sonra heyətə qaytarılan argentinalı ulduzun mövsümün sonunda komandanı tərk edəcəyi deyilir. Onun "Real"a keçmək ehtimalı var. 
Antoine Qrizmannın isə "Atletiko" ilə 2023-cü ilədək müqaviləsi var. Bu futbolçunu "Barselona" uzun müddətdi heyətinə qatmaq istəyir. Fransalı futbolçunun sərbəst qalma dəyəri 120 milyon avrodu.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər