Qrizmanna şok xəbərdarlıq: "Barselona"ya getsə..."

Qrizmanna şok xəbərdarlıq: "Barselona"ya getsə..."
Mövsümün sonunda "Atletiko"dan ayrılaraq "Barselona"ya keçəcəyi deyən Antoine Qrizmann haqqında komanda yoldaşı Dieqo Kosta açıqlama verib.
Fanat.Az xəbər verir ki, fransız həmkarının Kataloniya klubuna mümkün transferini dəyərləndirən futbolçu ona xəbərdarlıq edib:
"Mən şanslı idim ki, "Atletiko"ya dönə bildim. Əgər Qrizmann "Barselona"ya transfer olunsa, bir daha "Atletiko"ya dönə bilməz. Ona görə də qərarını iki dəfə düşünməlidi. O, hansı qərarı verməli olduğunu düşünəcək yaşdadı. Qalsa da, getsə də, onunla oynadığım üçün xoşbəxtəm".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər