Antuan Qrizmannın yeni iş yeri rəsmən açıqlanıb.
Fanat.Az xəbər verir ki, təcrübəli forvard MLS təmsilçusi “Orlando Siti” ilə müqavilə bağlayıb.
Məlumatı klubun mətbuat xidməti yayıb. Fransalı futbolçu 2+1 illik anlaşmaya imza atıb. Bu saziş MLS-də yay transfer pəncərəsi açıldıqdan sonra qüvvəyə minəcək.
Cari mövsüm Qrizmann “Atletiko”nun heyətində 43 matça çıxaraq 13 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Toğrul