Fransa milli komandasının futbolçusu Antoine Qrizmann "Atletiko" ilə müqaviləsini uzadıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşma dünya çempionatı ilə əlaqədar Rusiyada olan Fransa yığmasının Moskvaətrafı İstra bazasındakı düşərgəsində imzalanıb. Bununla əlaqədar Madrid təmsilçisinin icraçı direktoru və əsas səhmdarı Migel Anxel Xil Rusiyaya gəlib. Yeni anlaşmaya əsasən Qrizmann 2023-cü ilədək "Atletiko"da çıxış edəcək.
Qeyd edək ki, Qrizmann karyerasını "Atletiko"da davam etdirəcəyini iyunun 14-də açıqlayıb. Onun "Barselona"ya keçidi transfer haqqı 100 milyon avro təşkil etməsi üzündən baş tutmayıb.
Fanat.Az