Qrizmann "Atletiko"dan gedir - RƏSMİ

Qrizmann "Atletiko"dan gedir - RƏSMİ

Antuan Qrizmannın "Atletiko”dan gedəcəyi dəqiqləşib.

 

Fanat.Az-ın məlumatına görə, bu barədə klubun "tvitter” hesabında informasiya yerləşdirilib.

Bu gün rəhbərliklə və baş məşqçi Dieqo Simeone ilə görüşən forvard getmək fikrinə düşdüyünü gizlətməyib. "Hindular”la olan müqaviləsinin müddəti 2023-cü ildə bitəcək futbolçunun transfer dəyəri 120 milyon avrodur.

Qrizmann "Barselona” və PSJ-nin əsas transfer hədəfidir. Onunla "Bavariya” da yaxından maraqlanır.

 

Qeyd edək ki, 2014-cü ildən "Atletiko”da top qovan Fransa millisinin hücumçusu madridlilərin formasıyla çıxdığı 175 oyunda 94 qol vurub.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər