"Qızıl top"u Benzemadan ala bilməzlər" - "Real Madrid"in prezidenti

"Qızıl top"u Benzemadan ala bilməzlər" - "Real Madrid"in prezidenti

"Real Madrid" klubunun prezidenti Florentino Peres komandanın lideri Kərim Benzema haqda danışıb.

Fanat.Az xəbər verir ki, Peres fransalı hücumçunun bu il mütləq "Qızıl top"u almalı olduğunu deyib:

“Benzema "Real"a keçəndən bəri həmişə əla formada olub. Onun “Qızıl top”u alacağına heç kim şübhə etmir. Artıq bu mükafatı ondan ala bilməzlər. Kərim onu daha əvvəl qazanmalı idi. Bütün dünya bunu bilir”.

Benzema bu mövsüm "Real"ın heyətində 42 oyuna çıxıb, 42 qol vurub və 12 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər