Qış transfer pəncərəsinin ikinci ən böyük transferini "Mançester Yunayted" reallaşdırır. Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" "Arsenal"dan Aleks Sançesi transfer edir.
"Arsenal"ın baş məşqçisi Arsen Venger çilili ulduzun "Mançester Yunayted"ə keçəcəyini təsdiq edib. Bildirib ki, transfer 48 saat ərzində baş tutacaq.
Venger "Mançester Yunayted"in erməni futbolçusu Henrix Mkıtaryanın Sançesin əvəzində "Arsenal"a veriləcəyi ilə bağlı suala "Mkıtaryanı bəyənirəm. Dolayısıyla bu dəyişikliyə müsbət yanaşıram" cavabını verib.
Aleks Sançesin "Mançester Yunayted"ə hansı qiymətə satılacağı açıqlanmayıb. Amma bunun qış transfer pəcərəsinin ən bahalı ikinci ən bahalı transferi olduğu bildirilir. Ən bahalı transfer isə Filip Kountinyodu. Braziliyalı "Liverpul"dan "Barselona"ya 160 milyon avroya (120 milyon nağd, 40 milyon bonus) keçib.
Fanat.Az