"Borussiya Dortmund"un hücumçusu Erlinq Holannın (Erling Haaland) gələn il klubla müqaviləsi başa çatacaq.
Fanat.Az "FourFourTwo" nəşrinə istinadən xəbər verir ki, azad agent olacaq futbolçu "Mançester Yunayted"in hədəfindədir.
Mənbənin məlumatına görə, 21 yaşlı forvardın növbəti yay "Mançester Yunayted"ə keçəcək.
Xatırladaq ki, ötən "transfer pəncərəsi" dönəmində "qırmızı şeytanlar" Kriştianu Ronaldu (Cristiano Ronaldo), Ceydon Sanço (Jadon Sanco) və Rafael Varanın (Raphael Varane) transferinə 140 milyon avro xərcləyib.
Emin Şəmsiyev