"Qətərdə elə bil kurortdaydım, "Barselona"da isə..." - Xavi

"Qətərdə elə bil kurortdaydım, "Barselona"da isə..." - Xavi

"Barselona"nın baş məşqçisi Xavi komandadakı işi və bunun ailəsinə təsirindən danışıb.

Fanat.Az xəbər verir ki, o, "Jijantes"ə müsahibəsində belə deyib:

“Ailə çox vacibdir. Bir matçda başımı bəlkə də 200 dəfə çevirib həyat yoldaşıma baxıram. Görürəm ki o, çox sakitdir və bu mənə inam verir. Qardaşlarım və valideynlərim də həmçinin.

"Barsa"da olduğum üçün peşman deyiləm, amma Qətərdə daha az stress var idi, aşağı qan təzyiqi, misilsiz həyat keyfiyyəti, təhlükəsizlik və ailə rahatlığı var idi... Elə bil kurortda yaşayırdıq.

Burada, "Barselona"da isə hər şey streslidir: klub, uşaqların məktəbi, qrafik... Biz başgicəlləndirici tempdə yaşayırıq”. 

Xatırladaq ki, Xavi "Barselona"dakı ilk tam mövsümdə dörd il sonra klubun ilk çempionluğunu qazanıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər