"Oyun çox çətin idi. Komandamızda dəyişiklik oldu, bu da oyunumuza təsir etdi". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi" ilə oyundan sonra AZAL-ın məşqçisi Şakir Qəribov deyib.
Vaqif Sadıqovun istefasından sonra AZAL-ı meydana çıxaran Qəribov komandadan razı qalıb: "Məğlub olmağımıza baxmayaraq, komanda yaxşı təsir bağışladı. İlk hissədəki qol imkanlarından istifadə edə bilmədik. Oyunu bərabərləşdirmək lazım idi. Yaratdığımız qol epizodları həm bərabərlik, həm də qələbə qazanmaq üçün kifayət edərdi. Yaxşı oyunlarımızdan birini oynadıq".
AZAL-ın məşqçisi klub rəhbərliyini tənqid edib: "Vaqif Sadıqovun oyundan bir gün öncə komandadan ayrılması hamımıza təsir etdi. Siz də başa düşərsiniz ki, bir gün qabaq məşqçini çıxarmaq nə deməkdi. Özüdə nə adla. Çıxarmağa görə səbəb olmalı idi axı. İclas qapalı keçdi, bilmirəm niyə. Onunla komandaya gəlmişəm, onunla da gedəcəm. Vaxtında buraxılan səhvlər öz nəticəsini göstərir. Vaqif Sadıqov Azərbaycanın ən güclü məşqçilərindən biridi. Onun kimi kimi mütəxəssislərə bu kimi hərəkətlər yolverilməzdi. Belə insanlara qiymət verilmir. Ola bilsin ki, bu gün komandadan gedim. Hamımız düzgünlük istəyirik, düzgünlük də yoxdu. Bizim klublara nəzarət yoxdu. Klublarımızdakı müqavilə həqiqi deyil".
Fanat.az