Qayıtdı - "Barselona"nın ulduzu ilə bağlı SON XƏBƏR

Qayıtdı - "Barselona"nın ulduzu ilə bağlı SON XƏBƏR
"Barselona"nın hücumçusu Luis Suares dizindəki zədəsini tam sağaldıb.
Fanat.Az "Barselona"nın saytına istinadən xəbər verir ki, Suares La Liqanın 28-ci turu çərçivəsində 14 iyunda "Malyorka" ilə oynanılacaq matçda forma geyməyə hazırdı. "Katalonlar"ın tibbi heyəti uruqvaylı futbolçunun meydana çıxmasına izin verib.
Suares yanvar ayında dizindən əməliyyat olunmuşdu.
33 yaşlı forvard cari mövsümdə 23 matçda oynayıb və 14 dəfə rəqib qapılarına yol tapıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər