"Real"a transfer olunan Qaret Beyl maraqlı açıqlamalar verib. Fanat.az xəbər verir ki, uelsli ulduz komanda yoldaşı Kriştiano Ronaldo barədə də danışıb.
Beyl portuqaliyalı ulduzu tərifləyib: "Ronaldo mənim üçün dünyadakı ən yaxşı futbolçudu. Bura gəlməyimin ən böyük səbəblərindən biri də o oldu. Dünya futboluna ondan daha yaxşı oyunçu gəlməyib və onunla oynamaq mənim üçün şərəf olacaq. Yaxşı komandamız var və ümid edirəm ki, çoxlu uğur qazanacağıq. Mənim Ronaldoya kömək etməyimə ehtiyac yoxdu, onsuz da o, ən yaxşı olduğunu sübut edib".
Fanat.az