Qara Qarayev: "Çox üstün futbol sərgiləsək də..."

Qara Qarayev: "Çox üstün futbol sərgiləsək də..."
"Rəvan"la oyuna eyni qaydada hazırlaşırıq. Milli oyunlarla əlaqədar fasilə yarananda istər-istəməz kollektiv çalışmaya təsir edir. Amma istənilən halda meydana qələbə üçün çıxacağıq. "Düzdü, itkilərimiz var amma inanıram ki, bu oyunumuza təsir etməyəcək". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Qara Qarayev deyib.
Gənc yarımmüdafiəçi Premyer Liqada zəif komandanın olmadığını bildirib: "Rəvan"ın turnir cədvəlindəki mövqeyi heç kimi aldatmamalıdı. Bütün oyunlar 90 dəqiqə mübarizə tələb edir. Ümumiyyətlə Premyer Liqada zəif rəqib anlayışı qalmayıb. Üstəlik, "Rəvan"da baş məşqçi dəyişikliyi baş verib. Yəqin, bizimlə oyuna yaxşı hazırlaşıblar. Çətin oyun olacaq. İlk dövrədəki oyunu unutmamışıq. Çox üstün futbol sərgiləsək də, 1 xalı son dəqiqələrdə vurduğumuz qolla qazanmışdıq. Eyni gərginliyi yenidən yaşamaq istəmirik. Meydana kim çıxırsa-çıxsın "Qarabağ"ın adına layiq şəkildə mübarizə aparacağıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər