"Beşiktaş"ın sabiq üzvü Paskal Numa evlənir. Fanat.az xəbər verir ki, daim adı qalmaqallarda hallanan veteran oyunçu türk sevgilisi Müge ilə ilə ailə həyatı qurmağa hazırlaşır.
Bu barədə Numa özü açıqlama verib. Karyerasını bitirdikdən sonra Türkiyəni tərk etməyib İstanbulda yaşamağa davam edən veteran futbolçu toy hazırlıqlarına başladıqlarını bildirib: "3 həftə ərzində nigah masasına oturacağam".
Qeyd edək ki, Numa artıq bir dəfə evli olub. Onun Keline adlı keçmiş arvadından 1 oğlu və 1 qızı var.
Fanat.az