"Qalatasaray"ın qış transfer hədəfi bəlli oldu

"Qalatasaray"ın qış transfer hədəfi bəlli oldu

"Qalatasaray"ın yanvar ayı üçün reallaşdırmağa çalışdığı transfer məlum olub.

Fanat. Az "Haber sarıkırmızı"ya istinadən xəbər verir ki, yarımmüdafiə xəttini gücləndirməyi planlaşdıran İstanbul nəhəngi “Napoli”nin oyunçusu Elif Elması heyətinə qatmaq istəyir.

Mənbənin məlumatına görə, İtaliyanın son çempionunun heyətində xoşbəxt görünməyən Elmas da bu varianta isti yanaşır. 

Şimali makedoniyalının bazar dəyəri 24 milyon avrodur.

Qeyd edək ki, Elif Elmas bu mövsüm "Napoli"nin heyətində 423 dəqiqə meydanda olub və ümumilikdə 14 matçda 2 qol vurub.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər